ŞAXƏLİ /RADİAL/PARÇALANMA, DAĞLARIN ŞUAVARİ, ULDUZVARİ PARÇALANMASI

dağ massivinin və qruplarının parçalanması. Dağın ən yüksək mərkəzi hissəsindən başlayaraq çay dərələri radius şəkilində ayrılır və silsilələrin ulduzabənzər sistemini yaradır. радиальное расчленение, лучеобразное расчленение radial dissection of mountain
ŞAHİD TROPİK KARSTI
ŞAXTA AŞINMASI
OBASTAN VİKİ
Radial doldurma
Radial doldurma (en. radial fill) – qrafik obyektin iki rənglə elə doldurma üsuludur ki, bir mərkəzdə olan rənglərdən biri tədricən ətrafdakı digər rəngə keçir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ulduzvari şorangə
Ulduzvari şorangə (lat. Salsola stellulata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. Qafqazda, Avropada, Qərbi Sibirdə yayılmışdır. Orta Asiyada təsvir edilmişdir. Hündürlüyü 10-12 sm olan, qaidə hissədən şaxələnmiş və aşağı hissədən budaqları oduncaqlaşmış yarımkolcuqdur. Yarpaqları oturan, yarımsilindrvarıdır, uzunluğu 5-10 mm, ucları kütdür. May ayında çiçəkləyir. Çiçəkyanlığının yarpaqları uzun tükcüklərlə örtülmüşdür. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvələri pərdəvari qanadlı, böyrəkvari, adətən narıncı rəngdədir.
Parçalanma (roman)
"Parçalanma" (ing. Things Fall Apart) — Nigeriyalı yazıçı Çinua Açebenin romanı. Roman Nigeriyanın koloniyalaşdırılmaya qədər dövründən, yerli əhalinin avropalılarla ilk qarşılaşmasından bəhs edir. İlk dəfə 1958-ci ildə yayımlanmışdır. Əsər onlarla dilə çevrilmiş, 11 milyon tirajla satılmışdır.
Parçalanma (çoxalma)
Parçalanma (çoxalma) — Çoxhüceyrəli və ya səbəst orqanizmlərində parçalanma, bir orqanizmin fraqmentlərə bölündüyü qeyri-cinsi çoxalma və ya klonlaşmanın bir formasıdır. Bu fraqmentlərin hər biri orijinal orqanizmin klonları olan yetkin, tam yetkin fərdlərə çevrilir. Orqanizm tökülmək və ya asanlıqla parçalanmaq üçün xüsusi orqanlar və ya zonalar inkişaf etdirə bilər. Əgər parçalanma orqanizmin əvvəlcədən hazırlanması olmadan baş verərsə, onun çoxalma funksiyasını yerinə yetirməsi üçün hər iki fraqment tam orqanizmi bərpa edə bilməlidir. Çoxalma üsulu olaraq parçalanma filamentli siyanobakteriyalar, qəliblər, süngərlər, acoel yastı qurdlar, bəzi annelid qurdlar və dəniz ulduzları kimi orqanizmlərdə görülür. Göbələklər krallığının bir hissəsi olan qəliblər, mayalar və göbələklər hif adlanan kiçik saplar əmələ gətirir. Bu hiflər böyümək və mayalandırmaq üçün digər orqanizmlərin bədənindən qida və qida maddələri alırlar. Sonra bir parça hif qoparaq yeni bir fərdə çevrilir və dövr davam edir. Parçalanma bitkilərdə çox yayılmış vegetativ çoxalma növüdür. Bir çox ağaclar, kollar, ağacsız çoxilliklər və qıjılar rizomlar və ya stolonlar tərəfindən yeni köklü tumurcuqlar çıxararaq klon koloniyaları əmələ gətirir ki, bu da koloniyanın diametrini artırır.
Üfüqi parçalanma
Üfüqi parçalanma (rus. горизонтальное расчленение, ing. horizontal dissection of mountains) — dağlıq ölkələrdə müxtəlif dərəcəli silsilələrin, çay dərələrinin və digər oroqrafik elementlərin əmələ gətirdiyi forma. Radial (şüavari), lələkvari (köndələn), şəbəkəli, kulisvari parçalanma formaları ayrılır.
Ayın parçalanması
Ayın parçalanması və ya Şəqqül-qəmər (ərəb. انشقاق القمر‎) — İslam peyğəmbəri Məhəmmədə aid edilən möcüzə. == Ədəbiyyatda == Bu rəvayət bir çox İslam şairinə, xüsusilə hindistanlılara ilham qaynağı olmuşdur. Poetik dildə Məhəmməd bəzən Günəşlə və ya gün işığı ilə bərabər tutulur. XII əsr fars təsəvvüf şairi Sənainin şeirində günəşin ayı ikiyə ayırmasından bəhs edilir. Fars dilində yazıb-yaratmış şair və mistik Cəlaləddin Rumi şeirlərinin birində ifadə edir ki, Məhəmmədin barmağı ilə parçalanmaq aşağı dərəcəli ayın ümid eləyəcəyi ən böyük səadətdir. Başqa bir yerdə də Rumi Məhəmmədin iki möcüzəsinə ayın parçalanması (bu təbiətə elmi yanaşmanın səmərəsizliyini göstərir) və onun oxuyub-yazmağı bilməməsinə işarə edir. İran klassik şairi və mistiki Əbdürrəhman Cami isə ərəb rəqəmləri ilə qarışıq şəkildə oynayır. Cami deyir ki, tam ay 40 rəqəmini ifadə edən dairəvi m ərəb rəqəminə oxşayır. Məhəmməd ayı ikiyə böləndə ay iki aypara şəkilli n ərəb rəqəmi kimi oldu, hansı ki, qiyməti 50-ə bərabərdir.
Ciyər parçalanması
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Hindistanın parçalanması
Hindistanın parçalanması Britaniya Hindistanının 1947-ci ildə iki müstəqil dominionlara, Hindistan və Pakistana parçalanmasıdır. Parçalanma dinə əsaslanırdı, Hindistan hinduların çoxluq təşkil etdiyi və Pakistan müsəlmanların çoxluq təşkil etdiyi ölkələr kimi formalaşmışdırılmışdır. Eyni zamanda da milyonlarla insan yeni yaranan iki dövlət arasındakı Radcliffe xəttini keçərək bu dövlətlərə köçmək məcburiyyətində qalmışdırlar. Bu ayrılıq 10 milyondan 20 milyondan çox insanın öz yurd-yuvalarından köçü ilə nəticələnmiş və eyni zamanda da ölənlərin sayı 100.000-dən 1 milyona qədər olmuşdur.
Nüvə parçalanması
Nüvə parçalanması (ing. nuclear fission) — nüvə fizikasında atom nüvəsinin daxil edilən enerji təsiri altında iki və ya daha artıq hissələrə parçalanması. Parçalanma zamanı əmələ gələn məhsullara - parçalanma məhsulları deyilir. Bu məhsullara yüngül nüvələr (əsasən alfa hissəciklərdən ibarət), neytronlar və qamma kvantlar daxildir. Parçalanma spontan (öz-özünə) və ya məcburi (digər hissəciklərin toqquşması nəticəsində) ola bilir. Ağır nüvələrin parçalanması ekzotermik prosesdir, bunun nəticəsində reaksiya məhsulu kimi kinetik enerji şəklində böyük həcmdə enerji, həmçinin şüalanma ayrılır. Nüvənin parçalanması nüvə reaktorlarında və nüvə silahlarında enerji mənbəyi kimi istifadə olunur.
Proton parçalanması
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır. Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Türkiyədəki dağların siyahısı
Bu maddədə Türkiyədəki ən yüksək dağlar, dəniz səviyyəsindən hündürlüklərinə görə sıralanmışlardır.
Yarım parçalanma müddəti
Yarım parçalanma müddəti (T1/2) — orqanizmdə dərman preparatının miqdarının 50%-ə (yarıya) qədər azalması üçün tələb olunan müddət və ya zaman. Müxtəlif dərman preparatlarında bu müddət müxtəlif olur. Beləki aspirin və ibuprofen preparatlarında yarım parçalanma müddəti təxminən 4, piroksikamda isə 24 saatdır.
Əfşar imperiyasının parçalanması
Əfşar imperiyasının parçalanması — Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsdlə öldürülməsindən sonra onun qardaşı oğlu Əliqulu xan (sui-qəsdi təşkil edənlərdən biri) taxt-tacı ələ keçirərək özünü Adil adı altında şah elan etdi. O, Nadir şahın bütün oğlanları və nəvələrinin edam edilməsi əmrini verdi, bircə istisna kimi isə Rzaqulu Mirzənin oğlu 13 yaşlı Şahrux sağ saxlanıldı. Bu əsnada, Nadir şahın keçmiş xəzinədarı Əhməd şah Dürrani müstəqilliyini elan edərək Dürranilər imperiyasını yaratdı. Bundan sonrakı proseslərdə imperiyanın şərq torpaqları tədricən itirildi və hal-hazırda Dürranilər imperiyasının varisi olan Əfqanıstanın bir parçası halına gəldi. Osmanlı imperiyası qarışıqlıqdan yararlanaraq əvvəlki dövrlərdə Şərqi Anadolu və Mesopotamiyada Nadir şaha itirdiyi torpaqları geri qaytardı. Şimaldakı bölgələr isə fərqli tale yaşadılar. 1744-cü ildə Nadir şah tərəfindən sadiq xidmətlərinə görə müvafiq olaraq Kaxetiyanın vəKartlinin kralı edilən II İrakli və II Teymuraz qarışıqlıqdan yararlanaraq öz müstəqilliklərini elan etdilər. II İraklı II Teymurazın ölümündən sonra Kartli taxtına da sahib çıxdı və iki krallığı Kartli-Kaxetiya krallığı altında birləşdirdi. Bu, üç əsrdən sonra ilk dəfə indiki şərqi Gürcüstanın birləşdirilməsi demək idi. Dövlətin mərkəzində tədricən qarışıqlığın durmadan artmasına görə o, Zəndlər dövründə də faktiki müstəqillik səviyyəsində olan muxtariyyətini qorumağa nail oldu.